AZ

Azərbaycanda texnologiyanın inkişafı sahəsində daha böyük addımlar atılmalıdır — Prezident 

 

8a63862ed87ec3b353ce16cd3e1e6007.jpg
26.01.2021 15:00

“Gələcək vəzifələrə gəldikdə, əlbəttə ki, bu müsbət dinamika saxlanmalıdır. Eyni zamanda, heç kimə sirr deyil ki, dünyada texnologiyalar çox sürətlə inkişaf edir və biz addımlarımızı bu inkişafa uyğun şəkildə atmalıyıq”. 

 

TED.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda keçirilən tədbir zamanı deyib.

 

“Əlbəttə, Azərbaycanda texnologiyaların inkişafı sahəsində daha böyük addımlar atılmalıdır. Xüsusilə gəncləri bu işlərə biz daha geniş miqyasda cəlb etməliyik. Mən istedadlı gənclərlə görüşlər əsnasında bir şeyi gördüm ki, onların bəziləri öz biliklərini, innovasiyaları həyata keçirmək üçün xaricə üz tuturlar”, — o vurğulayıb.

TED + bölməsindən digər xəbərlər

Daha çox