AZ

Türkiyədən birbaşa canlı şəkildə "Digital və Sosial Media Marketing" təlimi keçiriləcək

 

713ded3824530d4d09df03fa8c96edb3.jpg
26.01.2021 15:07

Rəqəmsal marketinq sahəsi üzrə ixtisaslaşmaq istəyənlər üçün birbaşa Türkiyədən canlı, professional "Digital və Sosial Media Marketing" təlimi keçiriləcək.

 

TED.az-ın məlumatına görə, təlimlər həftədə 2 dəfə 2.30 saat olmaqla keçiriləcək. 

 

Proqram çərçivəsində real iş prosesində "Digital Marketing strategiyaları",  daha real Case study, quizlər, video və praktikalardan istifadə olunacaq.

 

Təlimdə sosial mediada şəxsi marka mövqeyi, sosial mediada məzmun yaratmaq, markalaşmaya aparan yol, Feysbuk, İnstaqram, LinkedIn, YouTube və Tvitterdən düzgün istifadə taktikaları, sosial mediada monitorinq kimi mövzular tədris olunacaq.

 

Təlimə qeydiyyat davam edir.

 

Qeydiyyat üçün LİNK.

TED + bölməsindən digər xəbərlər

Daha çox