AZ

İran və Rusiya İT sahəsində əməkdaşlıq edəcək

 

187c982b9d13c4243298e8c9601bd833.jpg
26.01.2021 16:21

Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrov və Məhəmməd Cavad Zərif Moskvada keçirilən görüşdə informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalayıblar.

 

TED.az xəbər verir ki, bu barədə Rusiya XİN rəhbəri bəyanat yayıb.

 

"Sənəd kiberməkanda mövcud olan problemlərin artan əhəmiyyəti şəraitində, onların beynəlxalq münasibətlərə və ayrı-ayrı ölkələrin getdikcə daha çox təsir göstərdiyi mühitdə fəaliyyətlərimizin əlaqələndirilməsi üçün yeni sərhədləri açır", — deyə Rusiya XİN başçısı qeyd edib.

 

Fatimə ZÜLFÜQAR

Dünya bölməsindən digər xəbərlər

Daha çox