AZ

AzTU-nun rektoru Sumqayıt Texnologiyalar Parkında olub

 

7f8d3d24085d119413a4205f54589915.jpg
26.01.2021 17:20

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkının (STP) rəhbərliyi ilə görüşüb.

 

AzTU-dan TED.az-a verilən məlumata görə, görüşdə STP-nin Biznes Vahidləri və Müştərək şirkətlərin rəhbərləri də iştirak edib.

 

Qonaqlar STP-nin Elektrik Avadanlıqları, Kabel və Dəqiq Emal zavodları ilə tanış olduqdan sonra, ikitərəfli əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparıb. Məqsəd təhsil və istehsal müəssisələrinin əməkdaşlıq müstəvisini genişləndirmək, həmçinin birgə reallaşdırılacaq təşəbbüsləri intensivləşdirməkdir.

 

Görüşdə Azərbaycanda qeyri-neft sektorunun inkişafında tələbələrə verilən nəzəri biliklər əsasında təcrübənin genişləndirilməsi, eləcə də müasir innovasiyalar və yüksək texnolodiyaların tətbiqinin öyrənilməsi istiqamətində əməkdaşlığın zəruriliyi vurğulanıb. Təkcə kadr hazırlığı istiqamətində deyil, eyni zamanda tədrisin təşkili, elmi-tədqiqatların genişləndirilməsi məqsədilə əməkdaşlığın yeni imkanları və formatının hazırlanması barədə razılıq əldə olunub.

Elm bölməsindən digər xəbərlər

Daha çox