AZ

Bakıda yeni müntəzəm marşrut xətti təşkil edilib

 

61d2c46a64a80a1012eb92da7ae4a58c.jpg
26.01.2021 17:38

Paytaxtın ictimai nəqliyyatında göstərilən xidmətlərin həm təhlükəsizlik, həm də keyfiyyət nöqteyi-nəzərindən qabaqcıl dünya standartlarına çatdırılması istiqamətində işlər davam etdirilir.

 

Bakı Nəqliyyat Agentliyindən TED.az-a verilən məlumata görə, xüsusilə şəhərətrafı ərazilərdə məksunlaşma nəzərə alınaraq sakinlərin marşrut tələbatının ödənilməsi məqsədilə Qaradağ rayonu ərazisində yerləşən “Puta” hərbi şəhərciyinin hərbçi sakinlərinin nəqliyyat xidmətdindən daha rahat istifadəsi üçün 127 nömrəli yeni müntəzəm marşrut xətti təşkil edilib. Müntəzəm xəttin istismarı “BakuBus” MMC tərəfindən həyata keçiriləcək. Bununla da “Puta” hərbi şəhərciyinin şəhər mərkəzi ilə birbaşa marşrut xətti ilə əlaqələndirilməsi təmin olununacaq.

 

Marşrut xətti üzrə gediş haqqının ödənişi nağdsız qaydada “BakıKart” vasitəsilə həyata keçiriləcək.

 

Marşrut xətti 27.01.2021-ci il tarixdən fəaliyyətə başlayacaq.

TED + bölməsindən digər xəbərlər

Daha çox