AZ

YouTube Türkiyədən olan yutuberlərlə əməkdaşlığa başlayacaq

 

9c13c2baf710782514db23aa92f4a91d.jpg
27.01.2021 10:17

Türkiyədə fəaliyyətə başlayan YouTube Premium sistemi yeni əməkdaşlıqla gündəmə gəlib. Əməkdaşlıq YouTube Originals ilə bağlı ola bilər.

 

TED.az xəbər verir ki, YouTube-un Originals üçün Türkiyədəki yutuber və istehsalçılarla razılaşacağı bildirilir. Hələ əməkdaşlıqla bağlı ətraflı məlumat verilməsə də, YouTube-un Exxen, Puhu və BluTv kimi şirkətlərlə rəqabəti hədəflədiyi düşünülür. İstifadəçilər aylıq müəyyən məbləğdə ödəniş edərək Premium üzvlüyü əldə edə və yerli istehsalçıların məzmunundan əlavə bir çox üstünlüklərdən faydalana biləcəklər.

Dünya bölməsindən digər xəbərlər

Daha çox