AZ

Trampın YouTube hesabı hələ bir müddət də bağlı qalacaq

 

8ee7099c7e4b73dc372a202e151aeb0f.jpg
27.01.2021 10:35

YouTube videohostinqi ABŞ-ın keçmiş prezidenti Donald Trampın hesabının dondurulması qərarını uzadıb. 

 

TED.az xəbər verir ki, bu barədə Politico məlumat yayıb.

 

Şirkət nümayəndləri bu qərarı hansı tarixədək uzatdıqlarını qeyd etməyiblər.

 

“Davamlı şiddət potensialı ilə əlaqədar narahatlıqlara görə, Donald Trampın kanalı “dondurulmuş” olaraq qalacaq", - deyə YouTube tərəfindən bildirilib.

 

Qeyd edək ki, Donald Trampın YouTube kanalı ilk dəfə 13 yanvar tarixindən etibarən bir həftə müddətinə “dondurulmuşdu”. Səbəb kimi isə “zorakılığa təhrik etməklə” bağlı vodeonun yayımlanması göstərilib. Lakin sonradan sözügedən kanalın bloklanma müddəti uzadıldı.

 

Xatırladaq ki, daha əvvəl Tvitter Trampın şəxsi hesabının bloklandığını bildirmişdi. Burda da səbəb kimi şiddətə təhrik riski göstərilib.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox