AZ

ABŞ-da internet kəsintisi 6,5 milyon istifadəçiyə təsir etdi

 

b205f814dda5ca6bcc97e888ee6daa6a.jpg
27.01.2021 11:37

ABŞ-ın şimal-şərq bölgəsində internet kəsintisi baş verib.

 

TED.az xəbər verir ki, günorta fasiləsi zamanı baş verən kəsinti 6,5 milyon istifadəçiyə təsir edib.

 

Yerli vaxtla saat 11:25 radələrində başlayan və 12:45-ə qədər davam edən internet kəsintisi Vaşinqton, Nyu York və Boston kimi əhalinin sıx məskunlaşdığı şəhərlərdə gündəlik işin yarımçıq qalmasına səbəb olub.

 

İnternet provayderi Verizon Fios şirkətinin sözçüsü Jim Greer şərq sahilində 6,5 milyon abunəçinin olduğu barədə məlumat paylaşıb və səbəbi bilinməyən internet kəsintisi problemini təxminən 1,5 saat ərzində həll etdiklərini bəyan edib.

 

Greer kəsilmə səbəbi ilə əlaqədar araşdırmaların davam etdiyini bildirib.

Dünya bölməsindən digər xəbərlər

Daha çox