AZ

İŞ VAR: “Azərkosmos” mütəxəssis axtarır

 

ea10de751bfa05b6097e2ddb1a8b0a77.jpg
27.01.2021 13:54

“Azərkosmos” Marketinq departamentinə “Məhsulun inkişafı üzrə mütəxəssis” vakansiyasını elan edib.
 
 

TED.az xəbər verir ki, sözügedən vəzifə aşağıdakı öhdəliklərdən ibarətdir: 

 

- Məhsulun inkişafı və strateji planlaşdırma məqsədilə inteqratorların, rəqib şirkətlərin, VSAT operatorların məhsulları haqqında ətraflı məlumatın toplanılması

 

- Peyk, yerüstü sistemlər, simsiz rabitə, texniki avadanlıqlar, sistemlər haqqında texniki məlumatlara dair anlayışın olması

 

- Bazar məlumatlarını əldə edib araşdıraraq müştəri ehtiyacları və istəklərini müəyyənləşdirmək

 

- Departament daxili yeni layihə və həllərin məhsullaşdırılması

 

- Məhsul inkişafının ilkin mərhələsini, eləcə də məhsulun yaradılması, idarə olunmasi və sənədləşdirilməsi ilə bağlı tələb və nəticələri formalaşdırmaq və idarə etmək,

 

 komandanı məhsul barədə təlimləndirmək;

 

-Yeni məhsul, proqram və layihələrin uyğun istifadə qaydalarının hazırlanması və Marketinq departamentinin digər əlaqədar üzvləri ilə birgə dizayn edilib çapa verilməsi;

 

- Yeni məhsullar haqqında təlim materiallarının hazırlanması və info sessiyaların verilməsi;

 

- Rəqiblərin məhsullarını şirkət məhsulları ilə müqayisə edib bazar rəqabətini qiymətləndirmək;

 

- Satış ilə müştərilərə zəng edib məhsulun bazarı məlumatlarını qiymətləndirmək, analiz etmək və nəticələri dəyərləndirmək;

 

- Məhsul variantları və planları haqqında məlumatı menecmentə təqdim etmək;

 

- Beynəlxalq sərgilər, konfranslar və digər tədbirlərdə iştirak edərək yeni məhsulları, həlləri araşdırmaq və müəyyənləşdirmək, əməkdaşlıqlar qurmaq;

 

- Fərdi plana uyğun olaraq illik marketinq hədəflərini icra etmək, nail olmaq və layihələrin uğurla həyata keçirilməsi üçün əməkdaşlara dəstək göstərmək.
 

 Namizədə irəli sürülən tələblər:

 

Təhsil: Mühəndislik yönümlü ixtisaslarda bakalavr dərəcəsi
 

İş təcrübəsi: Telekommunikasiya, yerüstü sistemlər, səyyar texnologiyalar sahəsində məhsul inkişafı, marketinq, biznesin inkişafı üzrə azı 3 il iş təcrübəsi
 

Dil bilikləri: Azərbaycan dili (yüksək səviyyədə)

 

İngilis dili (yüksək səviyyədə)

 

Kompüter bilikləri: MS Office (Yüksək səviyyədə Excel, Power Point, Word)

 

Layihə idarəetməsi proqramları və alətlərində işləmək bacarığı
 

Bacarıqlar:
 

- Texniki və qeyri-texniki konseptləri qeyri-texniki auditoriyaya ötürə bilən əla yazı və şifahi kommunikasiya, təqdimat bacarıqları

 

- Mürəkkəb məsələ və informasiyanı sadələşdirmək

 

- İşgüzar prezentasiya, əyani və telefon danışıqları

 

- Əsas tərəfdaşlarla işləmək və onlara təsir etmə bacarığı

 

- Vizuallaşdırma

 

- Kollektivdə çalışmaq

 

- Müştəri yönümlü düşüncə tərzi

 

- Kritik düşünmə
 

Qeyd edək ki, bu meyarlara uyğun namizədlər CV-lərini 3 fevral 2021-ci il tarixinə qədər hr@azercosmos.az ünvanına “Product development” başlığı ilə göndərə bilərlər.

TED + bölməsindən digər xəbərlər

Daha çox