AZ

Kompüterinizə maus seçərkən bunlara mütləq diqqət edin - Vacib detallar

 

5112f6bb04ab4853b697104461ffc3b3.jpg
27.01.2021 14:20

Maus kompüterə uyğun gəlməklə yanaşı, həm də bir sıra keyfiyyətlərə malik olmalıdır.

 

TED.az maus seçərkən diqqət yetirməli olduğunuz məqamları təqdim edir:

 

- Mausun USB naqilə malik olması vacibdir. Aşağı büdcəli naqilsiz mauslarda gecikmə, ləng işləmə halları müşahidə edilir. Naqilli mauslar həm də sərfəli qiymətləri ilə seçilir. Bu, xüsusilə də kompüterdən sabit bir yerdə istifadə edənlər üçün uyğundur.

 

-Siçanın DPI dəyəri də çox vacib amildir. DPI nə qədər yüksək olsa, siçan o dərəcədə həssas olacaq və hərəkət zamanı daha çox məsafə qət edəcək. Amma istifadə etdiyiniz siçanın lazeri keyfiyyətsizdirsə, yüksək DPI dəyərinə sahib olmağın mənası yoxdur. DPI dəyərini monitor keyfiyyətinin iki DPI sayına qədər istifadə etmək daha məqsədəuyğundur. Siçan parametrlərindəki siçanın DPI-sini idarəetmə panelindən dəyişdirmək mümkündür.

 

- Maus alarkən onun əlinizə sığan ölçüdə,  rahat və erqonomik olması da diqqətdə saxlanılmalıdır. 

 

- Həmçinin mausun keyfiyyəti, marka faktoru da önəmlidir. Uğurlu markalar keyfiyyətli lazerlərdən istifadə edirlər.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox