AZ

O biri dünyadan salam: Microsoft ölülərlə ünsiyyət üçün texnologiya hazırlayır

 

132226b2322ae06135f71a4f91a79e7e.jpg
27.01.2021 15:00

Microsoft şirkəti ölən insanların rəqəmsal əkizlərini yaratmaq üçün patent alır. 

 

Microsoft şirkəti həm ölüləri, həm də diriləri təqlid edə bilən, onların adından söhbət aparan “chatbot” hazırlamağı planlaşdırır. Rəqəmsal əkiz yaratmaq üçün texnologiya insanların sosial şəbəkələrdəki açıq məlumatlardan istifadə edəcək.

 

Sözügedən texnologiyanın necə işləyəcəyi, tələb olub-olmayacağı barədə TED.az-ın materialında. 

 

Ötən ilin dekabr ayında Microsoft rəsmiləri hər kəsi təqlid edə biləcək “chatbot” texnologiyasını hazırlamaqla bağlı patent almaq üçün müraciət ediblər. Rəqəmsal əkiz şəxsin sosial şəbəkələrindəki mövcud məlumatlar əsasında təlim alacaq. Mesajlar, məktublar və hətta fotolar süni intellekt tərəfindən istədiyiniz şəxsiyyəti yenidən yaratmaq üçün istifadə ediləcək. Bu cür süni zəka sayəsində istifadəçilər vəfat etmiş qohumları ilə ünsiyyət qura biləcəklər.

 

“Rəqəmsal əkiz müxtəlif mövzulara cavab verə bilər. Mövzunun keçmiş və ya bu günə aid olmasının heç bir əhəmiyyəti yoxdur. Beləliklə, süni zəka bir dostu, qohumu, məşhuru və ya tarixi şəxsiyyəti təqlid edə bilər”, - deyə şirkətin patentində deyilir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox