AZ

30 saniyədə “hack”: WhatsApp-da təhlükəli virus yayılır

 

0f2cd805eafec8c9b2498387a5d56b6f.jpg
27.01.2021 15:49

ESET: WhatsApp istifadəçilərinə qurd virusu ciddi təhlükə yaradır.

 

Android istifadəçiləri WhatsApp vasitəsilə yayılan zərərli proqramdan ehtiyatlanmalıdırlar. Qurd virusu adını almış zərərli proqram rəsmi Google Play mağazasına bənzər saxta səhifədən endirilməsini təklif edən mobil tətbiq maskası altında gizlənir. 

 

 

Bu zərərli proqramın necə işlədiyini və virusdan qorunmağın üsullarını TED.az-ın materialından tapa bilərsiniz.

 

Kiber təhlükəsizlik tədqiqatçıları istifadəçilərə Android cihazlarını yoluxduran yeni bir virus aşkar ediblər. Virus Quick Reply avtocavab sistemi vasitəsilə yayılır. Qeyd olunur ki, bu zərərli proqram WhatsApp vasitəsilə yayılır və tətbiq mesajındakı hər hansı bildirişə avtomatik cavab verir. Bağlantı saxta və zərərli Huawei Mobile tətbiqinə gətirib çıxarır. Zərərli proqram haqqında ilk məlumat verən Twitter istifadəçisi @ReBensk olub. 

 

 

Virus cihaza yoluxduqdan sonra WhatsApp sürətli cavab funksiyası vasitəsilə hücum həyata keçirərək bildirişlərə giriş tələb edir. Mövcud versiyada zərərli kod avtomatik cavabları yalnız qurbanın WhatsApp kontaktlarına saatda bir dəfədən çox olmayaraq göndərir.

 

 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox