AZ

Vətəndaşlardan SMS icazə sisteminə 112 milyondan artıq SMS daxil olub – HESABAT 

 

75926c401a28fe4aceb67ec692871b17.jpg
27.01.2021 16:55

“2020-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən dərc olunan “Elektron Hökumətin İnkişafı İndeksi”nə əsasən Azərbaycan yüksək qrupa aid edilən 69 ölkə arasından 13-cü yerdə, okeanlara çıxışı olmayan inkişaf etməkdə olan ölkələr arasında isə ilk üçlükdə yer alıb”.

 

TED.az xəbər verir ki, bu barədə Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) ötən ilin yekunlarına həsr olunan hesabatında deyilir.

 

Bildirilib ki, dünyada hökm sürən pandemiya şəraitinə baxmayaraq, EHİM yeni layihələri vətəndaşların sərəncamına verib: “Elektron hökumət quruculuğunda nəzərəçarpacaq nailiyyətlər əldə edib. Ötən ilin aprel ayında EHİM Daxili İşlər Nazirliyi ilə birgə “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ni yaradıb. Ötən il ərzində Sistem üzərindən 1 milyon 270 mindən çox vətəndaşın və 139 mindən artıq qurumun fəaliyyətinə icazə verilib. İl ərzində vətəndaşlardan SMS icazə sisteminə 112 milyondan artıq SMS daxil olub və 95 milyon müraciətə müvafiq icazələr verilib”.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox