AZ

Nar mobile distant təhsil alanlar üçün yeni paketini təqdim etdi

 

3b6134881ab141e5a8f0dfd7a6f4ff03.png
27.01.2021 17:57

Nar mobile mobil operatoru distant təhsil alanlar üçün yeni güzəştli internet paketini təqdim edib.

 

TED.az xəbər verir ki, sözügedən paket “Zoom” və “Microsoft Teams” kimi iki populyar platformanı bir paketdə birləşdirir. 

 

“TƏHSİL+” paketinə qoşulmaq üçün "T+" yazaraq 777-yə göndərmək kifayətdir. Nəticədə aylıq 10 AZN ödəməklə sürət limiti olmayan “TƏHSİL+” internet paketindən istifadə mümkündür.

 

Qeyd edək ki, istifadəçilər paketlə “Zoom” və “Microsoft Teams”-ə istər tətbiq üzərindən (iOS, Android, Windows, MacOS), istər veb-brauzerdən qoşula bilərlər.

TED + bölməsindən digər xəbərlər

Daha çox