AZ

Türkiyənin Vençur Fondunun ekspertləri azərbaycanlı startapçılarla görüşəcək

 

c719fa8c6a927876b1122f13f21c808d.jpg
18.02.2021 12:16

Türkiyənin "Boğaziçi Ventures" fondunun ekspertləri Azərbaycandakı startap layihələrinin sahibləri ilə onlayn görüşəcəklər.

 

TED.az xəbər verir ki, bu barədə İnnovasiyalar Agentliyindən məlumat verilib.

 

Bildirilib ki, Fondun ekspertləri seçilmiş layihələrlə gələn həfətədən qrafik üzrə onlayn görüşlər keçirməyə başlayacaqlar.

 

Qeydiyyatdan keçən 51 layihədən 13-ü A və B kateqoriyasına düşən startaplardır. Həmin 13 startapdan 4-ü müvafiq qaydada yoxlamalardan keçərək sonuncu mərhələyə keçid əldə edib.

Startaplar bölməsindən digər xəbərlər

Daha çox