AZ

Marsda yaşamağı bacaran orqanizmlər tapılıb

3256888bfd1993e0f5d598b2d8f308c0.jpg
19.02.2021 08:14

Almaniyadakı Bremen Universitetinin alimləri Mars planetinin atmosferi şəraitində böyüyə və inkişaf edə bilən mikroorqanizmlər aşkar ediblər.

 

TED.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Frontiers in Microbiology” jurnalında dərc olunan araşdırmada qeyd olunub. Elmi işdə bildirilib ki, siyanobakteriyalar və ya mavi-yaşıl yosunlara əsaslanaraq Mars səthində yaşayacaq insanlar üçün həyatı dəstəkləyən sistemlər yaratmaq mümkündür.

 

Alimlər müəyyən edib ki, siyanobakteriyalar aşağı təzyiqə baxmayaraq, Mars atmosferindəki qazları karbon və oksigen mənbəyi olaraq istifadə edərək həyatını davam etdirə bilir.

Elm bölməsindən digər xəbərlər

Daha çox