AZ

Fransanın peyk xidmətlərindən imtina – Türkiyə rəqib olacaq

 

beaf16769fdf98e1ab6e2a8b894c4c29.jpg
22.02.2021 16:00

TÜRKSAT və ASELSAN arasında keçirilən imza mərasimində ilk yerli istehsal olan rabitə peyki TÜRKSAT 6A-nn 2022-ci ildə kosmosa buraxılacağı bildirilib.

 

TED.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və SpeaceX rəhbəri Elon Musk-un görüşü ilə əlaqələndirənlər də az deyil.

 

Mütəxəssislərin fikrincə, souncu dəfə yanvarın 28-i R. T. Ərdoğan və E. Musk arasında baş tutan telefon danışığı Türkiyənin peyk xidmətlərindəki inkişafı sürətləndirəcək. Bu isə o deməkdir ki, Fransanın kosmik xidmətlərindən tamamilə imtina olunacaq.

 

Qeyd edək ki, sözügedən telefon danışığından sonra Prezident R.T.Ərdoğan Tvitter hesabında bu sözləri paylaşmışdı: “Hörmətli qardaşım, Tesla və SpaceX-in yaradıcısı Elon Musk ilə telefonda danışdıq. Söhbətimizdə  həm dövlət, həm də özəl sektordakı qurumlar, Türkiyədəki şirkətlər arasında kosmik texnologiya da daxil olmaqla fərqli sahələrdə əməkdaşlıqdan danışdıq".

Dünya bölməsindən digər xəbərlər

Daha çox