AZ

DİQQƏT: Elektrik şəbəkələrinə elektron qoşulmanın üstünlüyündən danışılacaq

 

882734a11a35d27314b2f010aab4e44d.jpg
23.02.2021 11:52

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Azərişıq” ASC ilə “Elektrik şəbəkələrinə elektron qoşulmanın kiçik və orta biznesinin inkişafında rolu” mövzusunda vebinar keçirəcək. 

 

TED.az xəbər verir ki, tədbirdə elektron sistem haqqında məlumatı sahibkarlara “Azərişıq” ASC-nin nümayəndəsi Emil Quliyev təqdim edəcək.

 

25 fevral saat 11:00-də keçiriləcək vebinar zamanı sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı həyata keçirilən islahatlar və elektron sistemin yeni imkanları ilə bağlı ətraflı məlumat veriləcək.

 

Onlayn müzakirəyə qeyd olunan LİNK vasitəsi ilə qoşula bilərsiz.

TED + bölməsindən digər xəbərlər

Daha çox