AZ

Bil Qeysdən xəbərdarlıq: ''İlonun sıravi investorun bilmədiyi maliyyə məlumatları var"

 

77433315cfcb6d546e495ba88b0c4e7f.jpg
24.02.2021 10:39

Bil Qeys  Bitcoin barədə təəccüblü açıqlamalar verib. Kriptovalyutanın İlon Mask kimi milyarderlər üçün olduğunu söyləyən Bil Qeys “İlonun xərcləmək üçün çox pulu və ortalama bir investorun bilmədiyi mürəkkəb maliyyə məlumatları var. Onun kimi milyarder deyilsinizsə, diqqətli olmalısınız" deyib.

 

TED.az xəbər verir ki, dünyada dördüncü varlı insan olan milyarder Bloomberg-ə  müsahibəsində Bitcoin kriptovalyutası ilə bağlı iddialı açıqlamalar verib.

 

O bildirib ki, Bitcoin dəyərinin təsadüfi şəkildə qalxıb, enməsi onu narahat etmir, amma az pulu olan şəxs Bitcoin ilə kifayət qədər ehtiyatlı olmalıdır: 

 

Gates-ə görə, rəqəmsal valyutalar əslində mərkəzləşdirilməlidir. O Covid-19 epidemiyasının başlamasından bəri rəqəmsal valyutalar vasitəsilə aparılan əməliyyatlardan da danışıb və yardım fondunu vətəndaşlara paylamaq üçün bu texnologiyadan istifadə etdiyini bildirib.

 

Bununla yanaşı, son vaxtlar kriptovalyuta barədə "bitərəf" olduğunu vurğulayıb və onun insanları geri dönməz əməliyyatlara təşviq etdiyini deyib. 

 

Son olaraq, Bil Qeysin rəqəmsal pulların ən kasıb ölkələrə belə, çatacağını proqnozlaşdırıb.

Dünya bölməsindən digər xəbərlər

Daha çox