AZ

Avtomobil idxalında ən çox artım BU MODELDƏ QEYDƏ ALINDI

 

3d2cf07b6140d92273dd87805a1494bd.jpg
24.02.2021 11:45

2020-ci ilə qədər qeydiyyata alınmış avtomobillərin bir öncəki ilə nisbətində statistikası açıqlanıb.

 

Məlum olub ki, 2019 və 2020-ci il arasında Mercedes-in idxalındakı fərq 2,2% artımla 4477 ədəd, VW-nin idxalındakı fərq isə 2,7 % artımla 614 ədəd olub. Audi üçün bu göstərici 4,3 % artımla 222 olub.

 

Mövcud statistikanı şərh edən avtomobil ürzə mütəxəssis Şahin Göyləroğlu bildirib ki, bu, 2019-cu ilin idxal göstəriciləridir. 2021-ci ilin idxalı isə hələ açıqlanmayıb: “Burada avtomobillərin idxal və artım tempinin əvvəlki ilə görə neçə faiz olması göstərilib. Ford-un 16,7%, Chevrolet-in 22,2% artımı onu göstərir ki, bu avtomobillər Azərbaycanda əvvəl çox məşhur olmasalar da, hazırda onlardan geniş istifadə olunur. Çünki Ford, Chevrolet markaları Amerikadan, Opel və Renault isə Avropadan gətirilir. Sözügedən maşınları həmin ölkələrdən çox ucuz qiymətə almaq mümkündür. Belə bir nəticəyə gəlmək olar ki, utilizasiyadan sonrakı, gələcək avtomobillərimiz bazarda Sovet maşınlarını əvəzləyəcək. Artıq bu istiqamətdə öz yönümüzü götürürük. Diqqət edək, luks avtomobil seqmentində də geri qalmırıq. BMW və Mercedes-in idxalında uyğun olaraq 5,1 və 2,2 % artım qeydə alınıb. Amma 1360 və 4477 ümumi idxalatda ciddi rəqəmdir. Deməli, hələ də müəyyən qisim alıcı Mercedes və BMW-ni haqlı olaraq keyfiyyətli avtomobil sayır. Hətta ən ağır zamanlarda belə, yəni, pandemiya vaxtı, devalvasiyadan sonrakı illərdə də bu cür alış qabiliyyətinə səbəb olub. Bu isə həmin avtomobil modellərin hələ də rəğbət gördüyünü göstərir”.

 

Lamiyə SÜLEYMANLI

TED + bölməsindən digər xəbərlər

Daha çox