AZ

Volkswagen sürücüsüz və elektrikli mikroavtobusunu təqdim edəcək

 

f58f5e0def220f7e2b295f1ab9ef1f57.jpg
01.03.2021 10:21

Volkswagen bu il Almaniyada elektrikli mikroavtobusların Argo AI sürücüsüz sistemlərinin sınaqlarına başlayacaq.

 

TED.az xəbər verir ki, bu barədə Volkswagen-in meneceri Christian Senger məlumat yayıb.

 

O bildirib ki, elektrikli mikroavtobus 2022-ci ilə qədər satışa çıxarılacaq və bu il Almaniyada muxtar sürücülük sistemləri ilə inteqrasiya olunmuş şəkildə sınaqlara başlanacaq.

 

O, həmçinin Ford və Volkswagen-in ortaq hazırladıqları Argo AI muxtar sürücülük texnologiyasından da söz açıb. İki avtomobil şirkəti ID.Buzz-a əsaslanan özünü idarəetmə texnologiyasından yararlanmaq üçün mikroavtobusları inkişaf etdirəcəklər.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox