AZ

DİQQƏT: Kiber təhdidlərdən qorunmaq üçün bunları edin

 

3adcf4efe710bf91615213a159abf1ef.jpg
01.03.2021 14:37

Kaspersky şirkəti kiber təhdidlərdən qorunmaq üçün internet istifadəçilərinə bir neçə tövsiyə paylaşıb. 

 

TED.az həmin tövsiyələri təqdim edir:

 

Məktublar, messencer mesajları və ya SMS-lərdəki şübhəli inklərə keçid etməmək;

 

Əməliyyat sistemi və tətbiqlər üçün müntəzəm qaydada yenilənmələr yükləmək;

 

Tətbiqləri yalnız rəsmi mağazalardan quraşdırmaq;

 

Hesablar üçün çətin və mürəkkəb şifrələrdən istifadə etmək;

 

Vacib məlumatları müntəzəm olaraq öz cihazından buluda, USB fleş karta və ya sərt diskə köçürmək;

 

Tətbiqlərə lazımsız funskiyalara giriş imkanı verməmək. 

 

Bundan əlavə, şirkətlərə işçilərin kiber savadlılığını artırmaq üçün, onlara təlimlər keçməsi tövsiyə olunur. Məsələn, avtomatlaşdırılmış platforma Kaspersky ASAP platforması təhlükəsiz davranış bacarıqlarının inkişafına və davamlı vərdişlərin formalaşmasına kömək edir. Bu həll, bir işçinin kiber təhlükəsizlik sahəsindəki mövcud biliklərini qiymətləndirməyə, buna əsasən, onun məhz iş vəzifələri və risk profilindən asılı olaraq ehtiyac duyduğu bacarıqlar dəstini təyin etməyə və müvafiq proqramı keçmək üçün bir cədvəl qurmağa imkan verir.

 

Zeynəb ƏKBƏR

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox