AZ

Android əməliyyat sisteminin ölkə üzrə populyar versiyası açıqlandı

 

5c10049054abedf81a026c3b65c9d380.jpg
01.03.2021 15:28

Qlobal miqyasda əməliyyat sistemlərinin (ƏS) Azərbaycan üzrə bazar payı açıqlanıb. “Global Stats” analitik şirkətinin məlumatına görə, fevral ayında Azərbaycan üzrə ən böyük bazar payı olan əməliyyat sistemi Android olub - 52.07%. İkinci ən böyük bazar payı olan ƏS35.17%-lə Windows-dur. İlk üçlüyü 8.62%-lə iOS tamamlayır.

 

TED.az xəbər verir ki, dördüncü yerdə qərarlaşan OS X 2.35% paya sahibdir. 

 

Unknown 1% bazar payı ilə beşinci, Linux 0.53%-lə altıncı sırada gəlir.

 

Ən çox bazar payı olan Android əməliyyat sisteminin ölkə üzrə populyar versiyası Android 10.0 10-dur – 56.47%.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox