AZ

İmtahan qrafiki namizədlərin elektron səhifələrinə göndərildi

 

a99f6271d7bb01f9d20c67f5bccb6fe8.jpg
01.03.2021 15:48

6-7 mart tarixlərində direktorların işə qəbulu üzrə test imtahanları keçiriləcək. İmtahanlar Bakı şəhəri daxil olmaqla 12 bölgədə yerləşən 25 imtahan mərkəzində təşkil ediləcək.

 

Təhsil Nazirliyindən TED.az-a verilən məlumata görə, imtahanların keçiriləcəyi yer və qrafik barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Bu mərhələdə elektron ərizəsi qəbul edilmiş 3300-dən çox namizədin iştirakı nəzərdə tutulub.

 

İmtahan zamanı namizədlərə 90 dəqiqə müddətində təhsil qanunvericiliyi üzrə 25, məntiq üzrə 20, əmək qanunvericiliyi üzrə 15 test tapşırığı təqdim olunacaq.

Elm bölməsindən digər xəbərlər

Daha çox