AZ

iPhone 13 smartfonları ilə yaddaş tutumu 2 dəfə artırılacaq

 

308097fe3bca2ce3b0f93a854a94f4a2.jpg
01.03.2021 16:30

iPhone 13 smartfonları ilə iPhone modellərinin yaddaş tutumu iki dəfə artırılacaq.

 

TED.az xəbər verir ki, Apple, iPhone 12 Pro və 12 Pro Max modellərində uyğun olaraq 128, 256 və 512 GB yaddaş tutumu təklif edib. Yeni modellərdə isə yaddaş həcminin 1 TB-a çatdırılacağı bildirilir.

 

Bu yenilik xüsusilə də videoları 4K keyfiyyətində çəkən və telefonunda xeyli foto saxlayanlar üçün önəmlidir.

 

Xatırladaq ki, Samsung şirkəti də iki il əvvəl bazara çıxardığı Galaxy S10 Plus-da 1 TB yaddaşdan yararlanmışdı.

 

Qeyd edək ki, Apple ekranı daha incə olan yeni modellərini sentyabrda təqdim etməyi düşünür. iPhone 13 ailəsinin satış qiymətləri hələlik bəlli olmasa da, əvvəlki modellə bənzərlik istisna deyil.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox