AZ

Azərbaycanda heyvanların onlayn izlənilməsi üçün müqavilə imzalandı – Sistem bu modullardan ibarət olacaq

 

0e80843624a5c54533261be02aa8634e.jpg
01.03.2021 17:06

Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə icra etdiyi Kənd Təsərrüfatında Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində ölkədə Heyvanların İdentifikasiya və Qeydiyyatı Sisteminin (HİQS) yaradılmasına start verilib.

 

Bu barədə TED.az-a nazirlikdən məlumat verilib. Bildirilib ki, prosesə başlamaq üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi təşkilat tərəfindən strategiya hazırlanıb. Hazırlanmış strategiya və texniki şərtlər əsasında proqram təminatının satınalınması üzrə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredir və İnkişaf Agentliyi (AKİA) tərəfindən beynəlxalq seçim aparılıb. İtaliya, Çexiya, Şimali Makedoniya və Azərbaycan şirkətlərinin daxil olduğu konsorsiumla müqavilə imzalanıb.

 

Sistemin yaradılması layihənin heyvan sağlamlığı və baytarlıq xidmətinin inkişaf etdirilməsi komponentinin fəaliyyətləri sırasında nəzərdə tutulub. Sistem diri heyvanların və heyvandarlıq məhsullarının “fermadan süfrəyədək” izlənməsi, damazlıq, heyvan sağlamlığı və digər vacib modullardan ibarət olacaq. HİQS ölkədə elektron kənd təsərrüfatı və digər elektron sistemlərlə inteqrasiya olunacaq. Proqram təminatı yaradıldıqdan sonra seçilmiş ərazidə iribuynuzlu heyvanlar və atlarda identikləşdirmə aparılmaqla, sistem sınaqdan keçiriləcək. Sistemin mərhələli şəkildə yaradılması və bütün ölkə üzrə tətbiqi nəzərdə tutulur.

 

HİQS steminin yaradılması ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və heyvandarlığın inkişaf etdirilməsində əhəmiyyətli rol oynayacaq. Layihənin benefisiarı Qida Təhlükəsizliyi Agentliyidir.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox