AZ

-60° C-də belə işləyən bənzərsiz aşağı temperaturlu akkumulyator haqqında BİLİNƏNLƏR

 

ecb7acbed777e6035140971817b540cf.jpg
01.03.2021 17:20

Sınaqlar zamanı batareya -40° C və -60° C-də 50 şarj dövrü ərzində tutumunun 84% və 76%-ni saxlayıb. Tədqiqatçılara görə bu, misli görünməmiş performansdır.

 

Kaliforniya San Diego Universitetinin nanomühəndisləri, çox aşağı temperaturda yaxşı işləyən litium metal batareyalar yaratmaq üçün yeni fundamental fikirlər tapıblar. Söhbət kosmik gəmilərdə və ya su dərinliklərində istifadə olunan böyük batareyalardan gedir.

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, müasir batareyalar soyuqda enerji itirmə qabiliyyətinə malik olsalar da, şarj edilərkən istiliyə ehtiyac duyurlar. Bu, onların səmərəli işləməsi üçün dəstin içində əlavə bir qızdırıcının quraşdırılmasına ehtiyac olduğunu göstərir. Yeni batareya həddən artıq aşağı temperaturda doldurula və boşaldıla bilər.

 

Testlər nəticəsində nanomühəndislər, elektrolitin litium ionlarını yeni dizaynda nə qədər zəif saxladığını və bunun bir o qədər yaxşı olduğunu tapıblar. Batareyaların işini iki növ elektrolitlə müqayisə ediblər: biri litium ionlarının zəif, digəri isə daha güclü bağın olduğu. 

 

Zəif birləşdirilmiş litium metal akkumulyator hüceyrələri ümumiyyətlə -60° C-də yaxşı işləyib. Mənbə yazır ki, 50 dövrdən sonra onlar hələ də stabil çalışıb. Bunun əksinə olaraq, təcrübədə iştirak edən digər batareyalar yalnız iki şarj dövründən sonra işini dayandırıb.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox