AZ

Azərbaycanda koronavirusa günlük yoluxma sayı 300-ü keçdi

 

ac1ec3d82dc72b44447b8dd719060a3f.jpg
02.03.2021 14:36

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 352 yeni yoluxma faktı qeydə alınıb, 143 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan TED.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 235 014 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 228 982 nəfər müalicə olunaraq sağalıb, 3 225 nəfər vəfat edib, aktiv xəstə sayı 2 807 nəfərdir. 

 

Ölkədə son sutka ərzində 7996, hazırkı dövrədək isə 2610880 test aparılıb.

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox