AZ

Ötən il Azercell-in Telefon Mərkəzinə ümumilikdə 4 milyon zəng daxil olub

 

edc3ad926bc7da13c58cdfa514800b97.jpg
06.03.2021 12:05

"Ötən ildə Azercell-in Telefon Mərkəzinə ümumilikdə təxminən 4 milyon zəng daxil olub, bunlardan 95%-i cavablandırılıb, onlayn müştəri xidmətləri üzərindən 449,337 sayda sorğu daxil olub və bunların 98%-i cavablandırılıb".

 

Bu barədə TED.az-a Azercell şirkətindən bildirilib. 

 

Qeyd olunub ki, il ərzində rəsmi Feysbuk, İnstaqram, Tvitter, Youtube və LinkedIn səhifələrindən toplam 135 min müraciət daxil olaraq əməkdaşlar tərəfindən cavablandırılıb: "Bundan əlavə, 2020-ci il ərzində şirkətin Ön Masa, Azercell Ekspres, Azercell Eksklüziv ofislərində, eləcə də Mobil Müştəri Xidmətləri vasitəsilə təxminən 1 milyon nəfər abunəçiyə üz-üzə xidmət göstərilib".

TED + bölməsindən digər xəbərlər

Daha çox