AZ

İnnovasiya ekosisteminin inkişafı üçün “İNNOKLUB” yaradılıb

 

4e78e1d67e44b84690a6f11b78a38f91.jpg
31.03.2021 14:31

Ölkəmizdə startap ekosisteminin formalaşması və inkişafı prossesi sürətlə davam edir. 

 

Ölkə rəhbərliyinin tapşırıqlarına uyğun olaraq startapların və innovasiyalı müəssisələrin inkişafını stimullaşdırmaq, effektiv koordinasiyanı  təmin etmək, ekosistem oyunçularına dəstək tədbirlərini genişləndirmək və yerli startaplara investisiya imkanlarını artırmaq  məqsədilə “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində “İNNOKLUB”un yaradılması ilə bağlı kollektiv sazişin imzalanması mərasimi keçirilib. 

 

Qeyd edək ki, "İNNOKLUB" ekosistemin əsas oyunçuları olan “İnnovasiyalar Mərkəzi”, “NextStep”, “Yeni Fikir”, “Lotfi Zadeh Texnologiya Mərkəzi”, ”, “New Space”, "Azərikard”, “Tech.az”, “Technovate”, “Paşa Holding” şirkətlərinin təşəbbüsü ilə yaradılıb.

 

TED.az xəbər verir ki, tədbirdə qonaq qismində dəvət olunmuş "500 Startups” şirkətinin  regional direktoru Arianne Dilts görüş iştirakçılarının innovativ texnoloji sahibkarlığın inkişafı istiqamətində səylərini yüksək qiymətləndirərək klubun gələcək fəaliyyətinə uğurlar arzu ediblər.

 

“İNNOKLUB” üzvlərinin fəaliyyətini əlaqələndrimə və katiblik funksiyasını “İnnovasiyalar Mərkəzi” yerinə yetirəcək.

Startaplar bölməsindən digər xəbərlər

Daha çox