AZ

Youtube video keyfiyyətini azadlacağını açıqlayıb

e8f6eb8c1c72d079a1545f49a252c4f5.jpg
03.04.2021 14:39

Artıq YouTube yüksək tələbatı ödəmək üçün videoları standart keyfiyyət ilə təqdim edəcək. Əvvəllər Netflix hər kəsin evdə bir şey seyr edə bilməsi üçün yuxarı limit gətirmişdi.

 

TED.az xəbər verir ki, YouTube, insanların çoxunun pandemiya səbəbiylə evlərindən qapandığı bu günlərdə Avropada video keyfiyyətinə məhdudiyyət qoymaq qərarına gəlib. Bu qərarın səbəbi çox sayda istifadəçi olduğuna görə xətlərin yüklənməsinin qarşısını almaqdır.

 

Bildiyiniz kimi, bir ildən çoxdur davam edən pandemiya səbəbindən bir çox insan evlərini tərk etmir və ya evlərindən çıxa bilmir. Nəticə etibarilə bir çox insan müxtəlif səbəblərdən internetdən istifadə etir. Xüsusilə təhsil və iş həyatı üçün istifadə olunan internet yüksək keyfiyyətli videoları oxuda bilmir. Bu səbəbdəb də Youtube yeni qərarı qəbul etməli olub.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox