AZ

Avropa Komissiyası və Aİ təşkilatları kiberhücuma məruz qalıb

88faa5abb33323ed5a6cf733ffa8498b.jpg
08.04.2021 11:46

Avropa Komissiyasının nümayəndələri bu ilin martında informasiya texnologiyaları sistemlərinə kiberhücum edilməsini açıqlayıblar. Kiberhücuma Avropa Komissiyası və Avropa İttifaqının bir neçə təşkilatının İT infrastrukturu məruz qalıb.

 

TED.az xəbər verir ki, Avropa Komissiyasının nümayəndəsinin sözlərinə görə, Aİ kompüter insidentlərinə qarşı mübarizə mərkəzi (CERT-EU), eləcə də hücuma məruz qalan İT həll tədarükçüsü ilə sıx əməkdaşlıq edir. "Ciddi məlumat sızıntısı hələ ki aşkarlanmayıb, lakin insidentin araşdırlması hələ ilkin mərhələdədir", - təşkilat nümayəndəsi qeyd edib.

 

Hazırda insidentin xarakteri və ya kiberhücuma kimin cavabdeh olması barədə məlumat verilmir.

Dünya bölməsindən digər xəbərlər

Daha çox