AZ

“Samsung QX2” oyun televizoru təqdim edilib

5d400cc369b430b641ced8eb8cf3f588.jpg
10.04.2021 10:23

“Samsung” şirkəti Çində “Samsung QX2 Ultra-thin Gaming TV” adlı ultranazik oyun televizoru təqdim edib.

 

TED.az xəbər verir ki, panel “4K” təsvir ölçüsünə malikdir. Həmçinin “HDR10 ” və “AMD FreeSync Premium” texnologiyaları dəstəklənir. Yeniləmə tezliyi 120 giqahers təşkil edir. İstehsalçı nümayəndələrinin sözlərinə görə, reaksiya vaxtı 5,8 millisaniyəyə bərabərdir. Televizor üç tərəfdən 27 millimetr qalınlığında nazik çərçivələrlə əhatə olunub. Qurğunun 55, 65 və 75 düym diaqonallı olmaqla üç versiyası mövcuddur.

 

Məhsuldarlığa “Quantum Dot 4K” prosessoru cavabdehdir. Proqram platforması qismində “Tizen” əməliyyat sistemi tətbiq edilib.

 

“Samsung QX2 Ultra-thin Gaming TV” televizoru “Wi-Fi 5” və “Bluetooth 4.2” simsiz rabitə adapterləri, dörd “HDMI” interfeysi, iki “USB” portu və “Ethernet” şəbəkə portu ilə təchiz edilib.

 

Televizorun 55 düymlük versiyasının qiyməti 1076 dollar, 65 düymlüyün 1374 dollar, 75 düymlüyün 2292 dollar təşkil edir. Yeni qurğuların aprelin 14-dən etibarən satışa çıxarılması planlaşdırılır.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox