AZ

Balaxanıda tullantıların emalı və xidmət müəssisələri yaradılır - SƏRƏNCAM

dee77fbb7fb7ece4c75b80a8a9fce4d6.jpg
12.04.2021 14:50

Prezident İlham Əliyev “Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında” 28 dekabr 2011-ci il tarixli sərəncamında dəyişiklik edib.

 

TED.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb.

 

Sənədlə müəyyən edilib ki, Balaxanı Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədilə istifadə edilən, yaşıl biznesin inkişafına kömək edən ərazidir.

 

Eyni zamanda, resurslardan davamlı və səmərəli istifadəni təmin etmək və tullantıları minimuma endirmək məqsədilə Balaxanı Sənaye Parkının ərazisində istehsal müəssisələri, eləcə də tullantıların emalı (təkrar emalı) və xidmət müəssisələri yaradılır.

TED + bölməsindən digər xəbərlər

Daha çox