AZ

Pirallahı Sənaye Parkının rezidentinin direktoru dəyişdirilib, kapitalı artırılıb

ff05effdd682f7d3118e5d0961c58958.jpg
12.04.2021 14:53

Pirallahı Sənaye Parkının rezidenti - “Absheron Saffron Ltd” MMC-nin direktoru Həbib Yüzbaşiyev vəzifəsindən azad edilib.

 

TED.az-ın əldə etdiyi məlumata görə, şirkətə rəhbərlik Rahib Kəlbiyevə həvalə edilib.

 

Bundan başqa, kommersiya qurumunun nizamnamə kapitalı kəskin artırılaraq 400 manatdan 180 400 manata çatdırılıb.

 

Xatırladaq ki, “Absheron Saffron Ltd” 2016-cı ildə yaradılıb, 2019-cu ildə ona rezidentlik statusu verilib. Müəssisə Pirallahıda İtaliya və Türkiyə texnologiyaları ilə zəfərandan mürəbbə, limonad, qurudulmuş zəfəran istehsal edir.

TED + bölməsindən digər xəbərlər

Daha çox