AZ

Hərbi Qənimətlər Parkında düşmənin 150-dək ağır texnika, tanklar, artilleriya qurğuları toplanıb

f77247c60e6a22e6e7c267b2013c772a.jpg
12.04.2021 14:55

Bakıdakı Hərbi Qənimətlər Parkında nümayiş etdirilən düşmən hərbi texnikalarının sayı açıqlanıb.

 

TED.az-ın xəbərinə görə, parkda Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir.

 

Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.

TED + bölməsindən digər xəbərlər

Daha çox