AZ

Nobel prospektinin adı dəyişdirildi - “8 Noyabr” oldu

 

a30f478a947e420f03b700647b23742c.jpg
12.04.2021 15:52

Bu gündən Nobel prospektinin adı dəyişdirilib.

 

TED.az-ın əldə etdiyi məlumata görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə prospektə “8 Noyabr” adı verilib.

 

Qeyd edək ki, bu gün ölkə başçısı Nobel prospektində yerləşən Hərbi Qənimətlər parkının açılışında iştirak edib. Gələcəkdə bu prospektdə “Zəfər” muzeyinin yaradılması planlaşdırılır.

 

Xatırladaq ki, 8 Noyabr ölkədə Zəfər günü kimi qeyd olunacaq.

 

Qeyd edək ki, uzunluğu 10 kilometrdən çox olan Nobel prospekti son illərdə yenidən qurulub və əhəmiyyətli dərəcədə dəyişiklik edilib.

TED + bölməsindən digər xəbərlər

Daha çox