AZ

“Xiaomi’nin yeni smartfonunda kütləvi problem aşkar edilib

8aee4a16193dc9e35181662a7dd000fc.jpg
12.04.2021 16:03

Yeni nəsil “Redmi Note” smartfonunda ekranla bağlı problemlər aşkar edilib. Bu barədə “Gizmochina” nəşri məlumat verib.

 

TED.az xəbər verir ki, “Redmi Note 10” smartfonlarının istifadəçiləri displeyin toxunuşlara reaksiya vermədiyini qeydə alıblar. Bir qrup istifadəçilərdə smartfon titrəməyə başlayıb və bu, xüsusilə qara rejimdə daha nəzərə çarpır.

 

Hələlik smartfonun qəribə işi ilə bağlı şikayətlər əsasən Hindistandan daxil olur. Çin brendinin bu ölkədəki rəsmi nümayəndəsi ekranla bağlı tək-tük problemlərin olduğunu təsdiq edib. Ola bilsin ki ekranın işi ilə bağlı problemlər proqram təminatının yeniləmələrindən birində aradan qaldırılacaq.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox