AZ

Loqosu əyri olan nadir iPhone 11 Pro qiymətindən üç qat baha satıldı

 

970b76b159ae4a34e00a0f26d43302d3.jpg
12.04.2021 17:45

Apple o qədər anomal bir şirkətdir ki, səhv çap edilmiş loqosu olan qüsurlu smartfonundan da yüksək qazanc əldə edə bilər.

 

TED.az xəbər verir ki,  Internal Archive adlı Tvitter səhifəsi nadir Apple cihazları və prototipləri haqqında məlumat toplayır. Bunlardan biri qüsurlu iPhone 11 Pro idi. Onun üzərindəki alma ilə korporativ loqotip bir az sağa sürüşdürülüb və qeyri-bərabər çap olunub.

 

İstifadəçiyə görə, bu 100 milyondan bir müştəriyə qismət olan çox nadir qüsurdur.

 

Qeyd edək ki, yalnız iPhone 11 Pro üçün əyri logonun xeyri dəyib, çünki sahibi onu əvvəlikndən 3 dəfə baha - 2700 dollara satmağı bacarıb.

TED + bölməsindən digər xəbərlər

Daha çox