AZ

İran “Nətənz” Nüvə Mərkəzində partlayış baş verdiyini təsdiqlədi

b0ede0e6b22b62c45c5ab53f316e55a9.jpg
12.04.2021 17:47

İranın “Nətənz” Nüvə Mərkəzində partlayış olub.

 

TED.az xəbər verir ki, məlumatı İranın Atom Enerji Təşkilatı sözçüsü Bəhruz Kəmalvəndi təsdiqləyib. Bildirilib ki, müəssisədə partlayış baş verib və nəticədə otaqlardan birinin tavanı çöküb.

 

“Gördüklərimiz elektrik təchizatı sistemindəki bir problemdir. Partlayış hər şeyi məhv edəcək qədər güclü deyildi, ancaq idarəetmə otaqlarından birində tavan çöküb”,- deyə Kəmalvəndi qeyd edib.

 

Xatırladaq ki, ötən gün İranın Atom Enerji Təşkilatı “Nətənz” Nüvə Mərkəzinin elektrik şəbəkəsində qəza baş verdiyini açıqlamışdı.

Dünya bölməsindən digər xəbərlər

Daha çox