AZ

“HarmonyOS” sistemli ilk “Huawei” planşeti təqdim ediləcək

3d7f95b77c500dffaba3d3daa8686aba.jpg
13.04.2021 09:46

Çinin “Huawei” şirkəti “MatePad Pro” planşetinin ikinci nəslini buraxılışa hazırlayır. Qurğu şirkətin öz istehsalı olan “HarmonyOS” əməliyyat sistemi ilə təchiz ediləcək. Bu barədə “Gizmochina” nəşri məlumat yayıb.

 

TED.az xəbər verir ki, “Wanger” kod adlı planşet Çinin “TENAA” Telekommunikasiya Avadanlığının Sertifikatlaşdırılması Mərkəzinin məlumat bazasında yer alıb. Sertifikasiya məlumatlarına görə, “MatePad Pro 2” beşinci nəsil mobil rabitə şəbəkələrində işi dəstəkləyəcək. Bundna başqa, planşet “Huawei” tərəfindən “Android” əməliyyat sisteminin əvəzləyicisi olaraq hazırlanmış “HarmonyOS” əməliyyat sisteminin avtomatik olaraq quraşdırıldığı ilk qurğu olacaq.

 

Yeni nəsil qurğuda “IPS” ekran “AMOLED” matrisası ilə əvəzlənə bilər. Ekranın diaqonal ölçüsü 12,6 düym təşkil edəcək. “HiSilicon Kirin 9000 SoC” prosessorundan istifadə oluncağı isə artıq insayderlər tərəfindən təsdiqlənib.

 

Planşetin təqdimat tarixi və qiyməti açıqlanmır.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox