AZ

“Samsung” şirkəti “OLED” panelləri əsas rəqibindən alacaq

098cc636b5ff2f6b6757c36e08153240.jpg
13.04.2021 09:48

Cənubi Koreyanın "Samsung" və "LG" şirkətləri arasında tarixi saziş imzalanıb. Belə ki, "Samsung" ilk dəfə olaraq "Samsung Display" ekran istehsalı bölməsi üçün "OLED" televizor panellərini əzəli rəqibi "LG Display" şirkətindən satın alacaq. Bu barədə Cənubi Koreya KİV-i məlumat yayıb.

 

TED.az xəbər verir ki, "Samsung Electronics" və "LG Display" şirkətlərinin yüksək rəhbərliyi arasında danışıqlar strateji tərəfdaşlıq haqqında sazişin imzalanması ilə başa çatıb.

 

Sazişin imzalanmasına səbəb kimi maye-kristal panelləri üçün qiymətlərin bahalaşması və istehsalda texnoloji çətinliklər göstərilir.

 

Qeyri-rəsmi məlumatlara görə, "Samsung" şirkəti bu ilin ikinci rübündə 1 milyon, növbəti ildə 4 milyon panel almağı planlaşdırır.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox