AZ

Azərbaycanda mobil rabitə sektorunun gəlirləri - Azalıb

710eb8fda94dc6bc884fb7d2e33b8003.jpeg
13.04.2021 10:55

Bu ilin yanvar-mart aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 219 mln. manat təşkil edib.

 

TED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

 

Qeyd olunub ki, hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9% azalıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 41,2%-ni təşkil edib.

 

"Cari ilin ilk rübündə informasiya və rabitə müəssisələri tərəfindən 531,2 mln. manatlıq xidmət göstərilib. Xidmətlərin 75,1%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri real ifadədə 2,5% artıb", - komitədən bildirilib.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox