AZ

“Apple” şirkəti videokamera və səs tanıma funksiyasına malik TV konsol hazırlayır

f1d0f2757c040df99a7cdad91a65f21b.jpg
13.04.2021 11:02

"Apple" korporasiyası tərəfindən hazırlanan qurğu özündə "Apple TV" konsolunu, həmçinin səs tanıma funskiyasını və videokameranı birləşdirəcək. Bu barədə "Bloomberg" xəbərlər agentliyi məlumat verib.

 

TED.az xəbər verir ki, məlumata görə, qurğu hələ ki erkən hazırlama mərhələsindədir və onun konsepsiyası dəyişə bilər. Yeni cihazın TV konsol imkanlarını, musiqi səsləndirməyə və "Siri" səs köməkçisindən istifadə etməyə imkan verən "ağıllı" kolonkanı, həmçinin videozənglər üçün kameranı özündə birləşdirəcəyi təxmin edilir.

 

Agentlik yazır ki, belə cihaz ən qabaqcıl "ağıllı" ev sisteminə çevrilə bilər.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox