AZ

“Microsoft” korporasiyası “Nuance” şirkətini 19,7 milyard dollara satın alıb

370836c453911ebae8145a49856454fc.jpg
13.04.2021 15:24

"Microsoft" korporasiyası danışığı mətnə çevirmək üçün proqram alətləri hazırlayan ən böyük şirkəti satın aldığını rəsmən elan edib. "Microsoft" bu satınalmaya 19,7 milyard dollar ödəyəcək.

 

TED.az xəbər verir ki, "Microsoft"un rəsmi bloqunda deyilir ki, sözügedən satınalma korporasiyaya səhiyyə üçün həllər istiqamətində öz mövqeyini möhkəmləndirməyə kömək etməlidir, "Nuance" şirkəti son illərdə məhz bu bazarda böyük uğurlara nail olub. Bundan başqa, "Nuance" və "Microsoft" şirkətləri son illər bir neçə ortaq layihə hazırlayıblar.

 

Ötən il "Microsoft" şirkəti səhiyyə sənayesi üçün "Microsoft Cloud for Healthcare" adlı "bulud" məhsulunu elan etmişdi. "Nuance" şirkətinin bu sahədə ən populyar həlləri – "Dragon Ambient eXperience", "Dragon Medical One" və "PowerScribe One"dır. Bundan başqa, şirkətin texnologiyaları "Apple"ın "Siri" səs assistentində tətbiq edilib.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox