AZ

“WhatsApp” messencerinin istifadəçiləri yeni boşluq haqqında xəbərdar ediliblər

3d4e16754d8b9d3bc0d91bf587460369.jpg
13.04.2021 16:22

Mütəxəssislər "WhatsApp" messencerində istifadəçinin hesabını bloklamağa imkan verən yeni boşluq aşkar ediblər.

 

TED.az xəbər verir ki, məlumatda deyilir ki, hakerlər proqramın iki "zəif yeri"ndən (məhz telefon nömrəsinə bağlanmadan və dəstək xidmətinə müraciət etməklə istifadəçini hesaba girişdən məhrum etmək imkanından) istifadə edirlər.

 

Messencerdə telefon nömrəsini daxil etdikdə xidmət adətən SMS mesaj və ya zəngin köməyi ilə göndərilən təsdiqetmə kodunu tələb edir. Bədniyyətlilər səhv kod daxil edir və "WhatsApp" kodun sıfırlanması imkanını 12 saatlıq bloka salanadək yenisini sorğu edirlər.

 

Bundan sonra fırıldaqçılar messsencerin dəstək xidmətinə qurbanın telefon nömrəsini göstərməklə telefonun itməsini səbəb gətirərək hesabı bloklamaq xahişindən ibarət sorğu göndərirlər.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox