AZ

“Samsung” şirkəti “Galaxy Tab A7 Lite” adlı ucuz yığcam planşetini təqdim edəcək

ee978c92724a1c5e5ca6d6e5fe1bf470.jpg
14.04.2021 10:19

“Samsung” şirkəti “Galaxy Tab A7 Lite” adlı ucuz planşetini təqdim etmək niyyətindədir. Qurğu haqqında Çinin Telekommunikasiya Avadanlığının Sertifikatlaşdırılması Mərkəzinə istinadən “MySmartPrice” nəşri məlumat verib.

 

TED.az xəbər verir ki, planşet “IPS” texnologiyası üzrə hazırlanmış 8,7 düymlük ekranla təchiz ediləcək, amma təsvir ölçüsü hələ ki məlum deyil. “Galaxy Tab A7 Lite” cihazı 5100 milliamper/saat tutumlu akkumulyator və 15 vatt gücündə enerjidoldurma qurğusu ilə təchiz ediləcək.

 

Bundan başqa, planşet “MediaTek Helio P22T” prosessoru, 3 QB əməli yaddaş və 32 QB daxili yaddaşa malik olacaq.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox