AZ

“Samsung” şirkəti "ən güclü" “Galaxy” qurğusunu elan edib

d7cb1391173d1a1b6d5578b83e0f1b5d.jpg
14.04.2021 11:37

"Samsung Electronics" şirkəti 28 aprel tarixində keçiriləcək "Galaxy Unpacked" təqdimat mərasimində "ən güclü Galaxy"ni təqdim edəcək. Şirkətin xəbərində konkret qurğunun adı çəkilməyib. "Galaxy" istehsal xəttinə smartfon, planşet və noutbuklar daxildir.

 

TED.az xəbər verir ki, cənubi Koreyalı müşahidəçilərin fikrincə, böyük ehtimalla söhbət "Galaxy Book Pro" və "Galaxy Book Pro 360", həmçinin ən qabaqcıl "Snapdragon" prosessoru ilə təchiz edilmiş "Galaxy Book Go" noutbuklarından gedir.

 

Mütəxəssislər bildiriblər ki, tarixdə ilk dəfə olaraq "Samsung" şirkəti şəxsi istehsalı olan fərdi kompüterlərin təqdimatını keçirəcək. Şirkət pandemiya səbəbindən bir çox insanın distant iş və təhsil rejiminə keçməsi fonunda bu qurğuların satış həcmini artırmaq niyyətindədir.

 

"TrendForce" marketinq şirkətinin proqnozuna görə, cari ildə dünyada noutbuklara qlobal tələbat 218 milyon təşkil edəcək ki, bu da ötən illə müqayisədə 8,1% daha çoxdur.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox