AZ

Yeni “Apple” qurğuları nə vaxt təqdim ediləcək?

f20a0e9031ada0aafb705b81b8d6a9e6.jpg
14.04.2021 11:49

“Apple” şirkətinin yeni qurğuları aprelin 20-də nümayiş olunacaq. Bu barədə “The Verge” nəşri məlumat yayıb.

 

TED.az xəbər verir ki, tədbirin tarixini gözlənilmədən “Siri” səsli köməkçi funksiyası açıqlayıb. Belə ki, ABŞ ərazisində yaşayan “Apple” smartfon və planşet istifadəçilərinə təqdimatın aprelin 20-də Kupertino şəhərində keçiriləcəyini bildirən məlumat göndərilib. Funksiya “Apple” saytına keçid üçün link təqdim etsə də, səhifədə təqdimat barədə informasiya mövcud deyil.

 

“Apple” şirkətinin yaz tədbirində yeni “iPad mini” və “Pro” planşetlərinin təqdim ediləcəyi gözlənilir. “iPad Pro” qurğusu “mini-LED” displey və hələ nümayiş olunmayan “A14X” prosessoru ilə təchiz ediləcək. Planşetlərlə birlikdə şirkət tərəfindən yeni nəsil “AirPods” qulaqcığı və “AirTags” izləmə qurğusunun nümayişi planlaşdırılır.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox