AZ

Aparıcı İT şirkətlərinin “Computex 2021 Hybrid” sərgisində iştirakı təsdiqlənib

3f68cf5c144fb331698b24633c42d515.jpg
14.04.2021 12:10

Tayvanın Xarici Ticarətin İnkişafı Şurası (TAITRA) dünyanın aparıcı informasiya texnologiyaları şirkətlərinin (Acer, AMD, Arm, Intel, Micron, NXP, Qualcomm və Supermicro) mayın 31-dən iyunun 30-dək keçiriləcək “Computex 2021 Hybrid” tədbirində iştirak edəcəyini açıqlayıb.

 

TED.az xəbər verir ki, bu il iri kompüter texnologiyaları sərgisi yerli tədbirləri onlayn formatlı “#COMPUTEXVirtual” tədbiri ilə birləşdirir. Təşkilatçıların sözlərinə görə, bu, vaxt və coğrafi məhdudiyyətləri aradan qaldıraraq bütün dünyanın İT ekosistemini birləşdirməyə imkan verəcək. Qeyd olunur ki, sərgi platforması iştirakçıları olduqları yerdən asılı olmayaraq sahə üzrə son tendensiyalara çıxış imkanı ilə təmin edəcək.

 

Maraqlı yenilik kimi sərginin təşkilində süni intellekt texnologiyalarından istifadə hesab oluna bilər.

 

Artıq “#COMPUTEXVirtual” və “#InnoVEXVirtual” tədbirlərində iştirak və ziyarət üçün qeydiyyata başlanılıb. Taybeydə yerli tədbirlər iyunun ilk həftəsində keçiriləcək.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox